Sportinq Atıcılığı

Sportinq Atıcılığı

Atıcılıq idman növlərindən biri də sportinq atıcılığıdır. “Kompakt sportinq” və “Böyük sportinq” olmaqla iki yerə bölünür. Kompakt Sportinq - idman-ovçuluq atıcılığının ümumi sporting terminində birləşən atıcılıq növüdür. Burada bir seriya 25 hədəf məhdud sahələrdə, dairəvi sahələrdə, xəndək stendlərində və yaxud onlara yaxın ölçülü sahələrdə atılır. Hədəf maksimum 35 m uzaqlıqda vurulur Böyük Sportinq - Beynəlxalq praktikada Sporting adlanır. Sporting bütün növ idman-ovçuluq atıcılığını özündə birləşdirən atıcılıq növüdür. Böyük Sporting kompakt sportingə və başqa atıcılıq növlərinə nisbətən çətindir, daha çox atış maşınları tələb edir və böyük sahələrdə keçirilir.