Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər

30 iyun – 4 iyul 2026-cı il tarixlərində keçirilən Ölkə Çempionatı uğurla yekunlaşıb.

30 iyun – 4 iyul 2026-cı il tarixlərində keçirilən Ölkə Çempionatı uğurla yekunlaşıb.

Güllə Atıcılığı üzrə Ölkə Çempionatı başa çatıb


Azərbaycan Atıcılıq FederasiyasıGənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən Güllə Atıcılığı üzrə Ölkə Çempionatı uğurla başa çatıb.

Beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb.

Yarışlar ərzində iştirakçılar yüksək idman ustalığı, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək gərgin idman mübarizəsi aparıblar.

Çempionatın yekununda aşağıdakı proqramlar üzrə qaliblər müəyyənləşib:

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Xanna Əliyeva

II yer – Zeynəb Sultanova

III yer – Nilufər Səmədli

Kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Ruslan Lunev

II yer – İmran Qarayev

III yer – Cəfər Sultanlı

50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma yarışı

I yer – Əliməmməd Hüseynov

II yer – Nigar Ramazanova

III yer – Ramiz Xəlilov

50 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Rəsul Məmmədov

II yer – Həqiqət Atayeva

III yer – Hacı Musayev

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — kişilər

I yer – Hacı Musayev

II yer – Ruslan Lunev

III yer – Oleq Kerjankin

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — qadınlar

I yer – Sofiya Barxalova

II yer – Xanna Əliyeva

III yer – Nigar Nəsirova

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışı

I yer – Ramiz Xəlilov

II yer – Nuranə Əliyeva

III yer – Elvira Allahyarova

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı

I yer – Hacı Musayev / Xanna Əliyeva

II yer – Oleq Kerjankin / Xalidə Əliyeva

III yer – Nigar Nəsirova / Ruslan Lunev

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı

I yer – Ramiz Xəlilov / Jalə Bayramova

II yer – Zahid Sofiyev / Nigar Ramazanova

III yer – Əliməmməd Hüseynov / Elvina Əfsanə

Yarışlar ölkədə güllə atıcılığı idman növünün inkişafına töhfə verməklə yanaşı, idmançıların peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq yarışlara hazırlığının qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib.

Çempionatın qalibləri və mükafatçıları Azərbaycan Atıcılıq Federasiyası tərəfindən medal, diplom və kuboklarla təltif olunublar.



Nəticələr linki: https://results.aze-shooting.org/public/competitions/results/cmqhst1p400006s02wko8761v


Xəbərlərə qayıt