Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər

Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub

Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub

1–5 sentyabr 2026-cı il tarixlərində Bakıda təşkil olunan turnirdə idmançılar tapança və tüfəng növləri üzrə müxtəlif məsafələrdə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən atıcıların da iştirak etdiyi turnir maraqlı və gərgin mübarizə ilə yadda qalıb.

Yarış proqramına 10 metr pnevmatik tapança və pnevmatik tüfəng, 25 metr tapança, 50 metr sərbəst tapança, 50 metr tüfəngdən 3 mövqedən atəş, eləcə də 10 metr pnevmatik tapança və pnevmatik tüfəng üzrə qarışıq komanda yarışları daxil olub.

Turnirin ilk yarış günlərində idmançılar 25 və 50 metr məsafələr üzrə qüvvələrini sınayıblar. Daha sonra 10 metr pnevmatik tapança və pnevmatik tüfəng üzrə qarışıq komanda yarışları keçirilib.

Turnirin son günündə isə 10 metr pnevmatik tapança və pnevmatik tüfəng üzrə kişi və qadınların mübarizəsi baş tutub. İdmançılar yüksək nəticə göstərmək və mükafatçılar sırasında yer almaq uğrunda mübarizə aparıblar.

Yarışın yekununda ayrı-ayrı növlər üzrə ən yaxşı nəticə göstərən idmançılar müəyyənləşib və qaliblər mükafatlandırılıb.

“Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində təşkil olunan turnir idmançıların yarış təcrübəsinin artırılması, güllə atıcılığının təbliği və inkişafı baxımından əhəmiyyətli olub.

Yarışın nəticələri, start siyahıları, yarış cədvəli və digər rəsmi məlumatlarla aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://results.aze-shooting.org/public/competitions/results/cmshdok0m0000ot79mq36pg0w?lang=en



Xəbərlərə qayıt