Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb
15–19 sentyabr 2026-cı il tarixlərində Bakı Atıcılıq Mərkəzində keçirilən Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb. Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif idman təşkilatlarını təmsil edən atıcılar tapança və tüfəng növlərində mübarizə aparıblar.
Beş gün davam edən yarışda 7 təşkilatdan 91 idmançı iştirak edib, ümumilikdə 203 start qeydə alınıb. Proqrama 25 metr tapança, 50 metr tüfəngdən 3 mövqedə atəşaçma, 50 metr sərbəst tapança, 10 metr pnevmatik tapança və tüfəng, həmçinin qarışıq komanda yarışları daxil olub.
Ölkə Kubokunun mükafatçıları belə olub:
- 25m Pistol Women: 1. Nigar Nəsirova, 2. Həqiqət Atayeva, 3. Zeynəb Sultanova
- 50m Rifle 3 Positions: 1. Ramiz Xəlilov, 2. Əliməmməd Hüseynov, 3. Nigar Ramazanova
- 50m Free Pistol: 1. Rəsul Məmmədov, 2. Həqiqət Atayeva, 3. Hacı Musayev
- Air Pistol Mixed Team: 1. Ruslan Lunev / Nigar Nəsirova, 2. Xanna Əliyeva / Hacı Musayev, 3. Vladislav Kalmikov / Xalidə Əliyeva
- Air Rifle Mixed Team: 1. Ramiz Xəlilov / Leyli Balabəyli, 2. Zahid Sofiyev / Elvina Əfsanə, 3. Elvira Allahyarova / İlkin Həsənli
- 10m Air Pistol Women: 1. Sofiya Barxalova, 2. Nigar Nəsirova, 3. Həqiqət Atayeva
- 10m Air Pistol Men: 1. Ruslan Lunev, 2. İlya Kvokov, 3. Vladislav Kalmikov
- 10m Air Rifle Women: 1. Elvira Allahyarova, 2. Nigar Ramazanova, 3. Jalə Bayramova
- 10m Air Rifle Men: 1. Ramiz Xəlilov, 2. Zahid Sofiyev, 3. İlkin Həsənli
Qadınlar arasında pnevmatik tapança finalında Sofiya Barxalova 236,0 xal nəticə ilə qızıl medal qazanıb. Nigar Nəsirova cəmi 0,1 xal geri qalaraq 235,9 xalla ikinci, Həqiqət Atayeva isə 211,9 xalla üçüncü olub.
Kişilərin pnevmatik tapança finalında Ruslan Lunev 239,6 xal toplayaraq birinci yeri tutub. İlya Kvokov 232,0 xalla gümüş, Vladislav Kalmikov isə 212,3 xalla bürünc medal qazanıb.
Qadınların pnevmatik tüfəng finalında Elvira Allahyarova 247,5 xal nəticə ilə qalib gəlib. Nigar Ramazanova 246,7 xalla ikinci, Jalə Bayramova isə 226,4 xalla üçüncü pillədə qərarlaşıb.
Ölkə Kuboku idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, yarış təcrübəsinin artırılması və qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyıb.
Nəticələr / Results:
https://results.aze-shooting.org/public/competitions/results/cmr9hdgkc0003tqudbze7carz