Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər

Atıcılıq üzrə Azərbaycan Çempionatı 2025 uğurla başa çatdı

Atıcılıq üzrə Azərbaycan Çempionatı 2025 uğurla başa çatdı

• 10 sentyabr 2025

2–6 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə və stend atıcılığı üzrə Azərbaycan Çempionatı uğurla yekunlaşıb.


Bakı Atıcılıq Mərkəzində baş tutan mötəbər yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən artıq idmançı çempionluq uğrunda mübarizə aparıb. 5 gün davam edən həyəcanlı və gərgin mübarizələrdən sonra qaliblərin adları müəyyənləşib. Çempionatın sonunda qaliblərə medal, fəxri diplom və xüsusi mükafatların təqdim olunduğu möhtəşəm mükafatlandırma mərasimi keçirilib. Qalibləri təqdim edirik:


25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarışın qalibləri (qadınlar):

1.Zeynəb Sultanova

2. Nilufər Səmədli

3. Sofiya Barxalova


25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarışın qalibləri (kişilər):

1. Ruslan Lunev

2. İmran Qarayev

3. Cəfər Sultanlı


50 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarış:

1. Rəsul Məmmədov

2. Hacı Musayev

3. Vladislav Kalmıkov


50 metr məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışının qalibləri:

1. Nigar Ramazanova

2. Əliməmməd Hüseynov

3. Üzeyir Tapdıqlı


10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (qadınlar):

1. Sofiya Barxalova

2. Xanna Əliyeva

3. Zeynəb Sultanova


10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (kişilər):

1. Oleq Kerjankin

2. Hacı Musayev

3. Rəsul Məmmədov


10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (qadınlar):

1. Elvina Əfsanə

2. Nigar Ramazanova

3. Jalə Bayramova


10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (kişilər):

1. Üzeyir Tapdıqlı

2. Əliməmməd Hüseynov

3. Ruslan Qəhrəmanov


10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (qarışıq komanda):

1. Leyli Əliyeva – Elvin Astanov

2. Zeynəb Sultanova – Vladislav Kalmıkov

3. Xanna Əliyeva – Hacı Musayev


10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (qarışıq komanda):

1. Jalə Bayramova – Üzeyir Tapdıqlı

2. Nuranə Əliyeva – Ruslan Qəhrəmanov

3. Nigar Ramazanova – Ramiz Xəlilov


Qadınlar arasında səngər stendi atıcılığı yarışının qalibləri:

1. Nərmin Cəfərova

2. Aydan Camalova

3. Alina Rəfixanova


Kişilər arasında səngər stendi atıcılığı yarışının qalibləri:

1. Əli Hüseynli

2. Mirmömin Ağazadə

3. Tamerlan Məmmədov


Qadınlar arasında dairəvi stend atıcılığı yarışının qalibləri:

1. Nurlana Cəfərova

2. Riqina Meftaxetdinova

3. Şölə Quliyeva


Kişilər arasında dairəvi stend atıcılığı yarışının qalibləri:

1. Cavid Həsənov

2. Niyaz Ağazadə

3. Fuad Qurbanov


Digər xəbərlər

Xəbərlərə qayıt