Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər

Kamran Zeynalov Dünya Kubokunun qalibi olub

Kamran Zeynalov Dünya Kubokunun qalibi olub

Azərbaycan paratıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Para Atıcılıq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə qızıl medal qazanıb.

Təsnifat mərhələsində 534 xal toplayan Kamran Zeynalov finala vəsiqə əldə edib. Final mərhələsində isə 222 xal nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və Dünya Kubokunun qalibi adını qazanıb.

Dünya və Avropa çempionu olan Kamran Zeynalov növbəti dəfə beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edərək ölkəmizin para atıcılıq sahəsindəki nailiyyətlərinə daha bir mühüm uğur əlavə edib.

Azərbaycan Atıcılıq Federasiyası Kamran Zeynalovu və onun məşqçilərini bu möhtəşəm qələbə münasibətilə təbrik edir, qarşıdakı yarışlarda yeni uğurlar arzulayır.


Xəbərlərə qayıt