Ruslan Lunev Lapua Avropa Kubokunu iki qızıl medalla başa vurub
Ruslan Lunev Lapua Avropa Kubokunu iki qızıl medalla başa vurub
Azərbaycan milli komandasının üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən Lapua European Cup 25m Pistol yarışında möhtəşəm çıxış edərək iki qızıl medal qazanıb.
Ruslan Lunev əvvəlcə 25 metr mərkəzi atəş tapançası (25m Centre Fire Pistol) yarışında 583 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Daha sonra təcrübəli idmançımız uğurlu çıxışını 25 metr standart tapança (25m Standard Pistol) yarışında da davam etdirib. O, 571 xal nəticə göstərərək ikinci qızıl medalını qazanıb və turniri ikiqat çempion kimi başa vurub.
Ruslan Lunevin bu uğuru Azərbaycan atıcılığı üçün növbəti beynəlxalq nailiyyət olmaqla yanaşı, idmançımızın yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirib.
Azərbaycan Atıcılıq Federasiyası Ruslan Lunevi və onun məşqçilərini bu möhtəşəm uğur münasibətilə təbrik edir, qarşıdakı beynəlxalq yarışlarda yeni qələbələr arzulayır.