Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər

Güllə Atıcılığı üzrə Ölkə Birinciliyi 2026 başa çatıb

Güllə Atıcılığı üzrə Ölkə Birinciliyi 2026 başa çatıb

• 06 iyun 2026

Güllə Atıcılığı üzrə Ölkə Birinciliyi 2026 başa çatıb

Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Güllə Atıcılığı üzrə Ölkə Birinciliyi 2026 uğurla yekunlaşıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin müxtəlif idman təşkilatlarını təmsil edən gənc atıcıları bir araya gətirib.

02–06 iyun tarixlərində keçirilən yarışda idmançılar 10 metr pnevmatik tapança, 10 metr pnevmatik tüfəng, 10 metr tapança qarışıq komanda, 10 metr tüfəng qarışıq komanda və 25 metr sport pistol növləri üzrə mübarizə aparıblar. Yarışlar U16, U18 və U21 yaş kateqoriyalarında təşkil olunub.

Ölkə Birinciliyi gənc idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, perspektivli atıcıların müəyyənləşdirilməsi və milli komanda üçün potensial ehtiyat qüvvənin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışlar ərzində iştirakçılar yüksək dəqiqlik, texniki hazırlıq və mübarizə əzmi nümayiş etdiriblər.

Azərbaycan Atıcılıq Federasiyası yarışda iştirak edən bütün idmançıları, məşqçiləri və nümayəndə heyətlərini təbrik edir, qaliblərə və mükafatçılara gələcək yarışlarda uğurlar arzulayır.

Yarışın nəticələri ilə [buradan tanış ola bilərsiniz].

Foto qalereya: Fotolara buradan baxın⁠


Digər xəbərlər

Xəbərlərə qayıt